Georgi Kondratyev: "Yaxşı oynayıb qalib gəlməməkdənsə, pis oynayıb qələbə qazanmaq yaxşıdır"

Georgi Kondratyev: "Yaxşı oynayıb qalib gəlməməkdənsə, pis oynayıb qələbə qazanmaq yaxşıdır"
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev fikirlərini bildirib. SİA AFFA-nın rəsmi saytına istinadən baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Ağır oyun olacağını ehtimal edirdim. Həmişə son addımı atmaq çətindir. Əlbəttə, oyunumuz ideal səviyyədə deyildi. Amma yaxşı oynayıb qalib gəlməməkdənsə, pis oynayıb qələbə qazanmaq yaxşıdır. Buna görə də, hər şeyin bizim üçün uğurlu nəticələnməsindən razıyam. Futbolçularımı nədəsə qınamaq fikrində deyiləm. Ancaq oyunları alınmırdı. Yəqin psixoloji problemləri vardı. Amma qələbə qazandıq. Qalibləri isə mühakimə etmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə