Berti Foqts: “Bu bizim üçün dərs oldu”

Almaniya – Azərbaycan matçından sonra Azərbaycan millisinin baş məşqçisi Berti Foqts mətbuat konfransında oyun barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi futbolçulardan belə oyun gözləmədiyini qeyd edib. "Bu bizim üçün dərs oldu", - deyən B.Foqts bu məğlubiyyətdən düzgün nəticə çıxarlmalı olduqlarını vurğulayıb.

Baş məşqçi Bakıda cavab matçında tam tamamilə başqa oyun olacağını qeyd edib. "Rəqib bizdən açıq-aşkar üstün idi. İki müdafiəçimizin oynamaması da işimizi çətinləşdirdi", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə