Azərbaycan millisi Almaniyada "qol yağışı"na düşüb

Azərbaycan millisi Almaniyada "qol yağışı"na düşüb

Bu gün 2012-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Berti Foqtsun çalışdırdığı Azərbaycan millisi ilk matçına çıxıb. İsveçli hakimlərin idarə etdiyi və 50 min azarkeşin izlədiyi matçın ilk dəqiqələrində meydan sahibləri üstünlüyü ələ alıblar.

28-ci dəqiqədə oyuna sonradan çıxan almaniyalı oyunçu Vestermannın yaxın məsafədən ilk zərbəsini Kamran Ağayev dəf etsə də, təkrar zərbə hesabın açılmasıyla nəticələnib - 1:0.

Oyunun 45-ci dəqiqəsində cərimə meydançamızda asanlıqla divar ötürməsi edən almanların hücumunu Lukas tora göndərir - 2:0.

İlk hissənin artırma dəqiqələrində (45+2) Kloze darmadağından xəbər verən daha bir qol vurur- 3:0.

İkinci hissənin 53-cü dəqiqəsində komandamızın kapitanı Rəşad Sadıqov fərqlənir. Lakin kapitan topu öz qapımıza göndərir - 4:0

Matçın 57-ci dəqiqəsində Vaqif Cavadovun yerinə yetirdiyi künc zərbəsi zamanı Noyer kobud səhvə yol verir və komandamız vurulan qollardan birinin "əvəzini çıxır" - 4:1.

85-ci dəqiqədə Badştuber də millimizin qapısına yol tapır - 5:1

Oyunun əlavə vaxtında (90+2) Kloze daha bir qol vuraraq, hesabı biabırçı həddə çatdırıb - 6:1

Bütün xəbərlər Facebook səhifəmizdə