"Neftçi" "Simurq"u darmadağın etdi

"Neftçi" "Simurq"u darmadağın etdi
Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Neftçi" və "Simurq" klubları öz aralarında yoxlama oyunu keçiriblər. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutmuş qarşılaşmada flaqman Zaqatala təmsilçisini darmadağın edib. Belə ki, paytaxt klubu "Simurq"un qapısından 4 cavabsız top keçirib. Qolları Emil Mpenza (2 qol), Fərid Quliyev və Vladimir Burduli vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə