Avqust ayı "Xəzər Lənkəran" üçün uğurludur - STATİSTİKA

"Xəzər Lənkəran" klubu Azərbaycan Premyer Liqasının cari mövsümün ilk fasiləsinə lider yollandı. "Neftçi" ilə zirvəyə şərik olan komanda avqust ayına təsadüf edən bölümdə nəinki məğlub olmadı, heç qapısından qol da buraxmadı. Ümumiyyətlə avqust ayı "Xəzər Lənkəran" üçün uğurlu sayıla bilər. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ay ərzində keçirilən 20 matçın 14-də, yəni 70 faizində qələbəyə sevinən məhz cənub təmsilçisinin azarkeşləri olublar.
Sonuncu dəfə iki il əvvəl bu ayda qol buraxan komanda elə həmin vaxtdan məğlub olmur. İlin səkkizinci ayındakı məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdıran "Xəzər Lənkəran" 2008-ci il avqustun 10-da Yevlaxda "Karvan"a 0:1 hesabı ilə uduzduqdan sonra startda yaxşı çıxış edir.
 
Klubun tarixi ərzində avqusta təsadüf edən oyunlar
 
Mövsüm             O          Q          H          M          TOP          X
2004/05              3           1          1           1            3-4           4
2005/05              3           1          0           2            2-2           3
2006/07              3           3          0           0            4-1           9
2007/08              3           3          0           0            6-0           9
2008/09              3           2          0           1            5-3           6
2009/10              1           1          0           0            1-0           3
2010/11              4           3          1           0            4-0          10
Cəmi                  20         14         2           4          25-10       44
 
Cari mövsüm avqustda toplanan 10 xal komanda üçün rekord sayılır. Düzdür, ardıcıl 2 dəfə - 2006/07 və 2007/08 mövsümlərində 100 faizlik nəticə əldə olunub, lakin həmin illərdə indiki qədər çox oyun keçirilməyib.
Qeyd edək ki, komandanın tarixi ərzində avqustda keçirdiyi bütün oyunlar ölkə çempionatı çərçivəsində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...