"Bakı" - "Qarabağ" matçında bərabərlik qeydə alınıb

"Bakı" - "Qarabağ" matçında bərabərlik qeydə alınıb

"Bakı" klubu "Qarabağ"la yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, oyunda bərbərlik qeydə alınıb. Belə ki, komandalar hərəyə bir dəfə fərqləniblər. Matçın ilk hissəsində Ayaz Mediyev Ağdam təmsilçisini önə çıxarıb. İkinci hissədə isə Vyaçeslav Sofroni hesabda tarazlıq yaradıb - 1:1.

Qeyd edək ki, "Bakı"nın baş məşqçisi Vinfrid Şefer demək olar ki, sərəncamında olan bütün futbolçuların xidmətindən istifadə edib. O, oyunçulardan razı qaldığını biıldirib.

Bütün xəbərlər Facebook səhifəmizdə