Azərbaycan Premyer Liqasının V turu çərçəvəsində keçiriləcək "Xəzər Lənkəran" və MOİK komandaları arasinda oyun Lənkəranda baş tutmayacaq. Cənub təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, matç Bakının Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına stadionda keçiriləcək. Komandanın ev oyununun Bakıda keçirilməsi hazırda Lənkəran şəhər stadionunda qış fəslinə hazırlıq işlərinin aparılması ilə bağlıdır.
Beləliklə "Xəzər Lənkəran" – MOİK qarşılaşması sentyabrın 12-də saat 17:30-da Bakının Tofiq İsmayılov adına stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB