Azad Rəhimov: “Qadınlardan ibarət yığma komandanın bu vəziyyətdə olmasındansa olmaması yaxşıdır”

Azad Rəhimov: “Qadınlardan ibarət yığma komandanın bu vəziyyətdə olmasındansa olmaması yaxşıdır”
Gənclər və idman naziri Azad Rəhimov qadın futbolu üzrə Azərbaycan yığma komandasının ləğvi barədə jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o bildirib ki, Azərbaycanda daxili çempionatın olmaması, bu sahədə olan vəziyyət bu komandanın ləğvinə gətirib çıxarıb: "Orda olan səviyyə, daxili çempioatın olmaması buna gətirib çıxarıb. Yarışlarda belə çıxış etməkdənsə etməmək yaxşıdır. Dünya çempionatına ev sahibliyi edəcəyik. Onda bizim komandamız olmalıdır". Nazir Almaniyadan gələn mütəxəssisin rayonlarımızda seleksiya işləri apardığını bildirib. A.Rəhimov qeyd edib ki, o, Şirvanda çox istedadlı bir qız uşağı tapıb və özü ilə Almaniyaya aparmaq istəyir: "O, bu qız uşağının gələcəyini Maradonna, Pele kimi görür. Hazırda isə qadınlardan ibarət yığma komandanın bu vəziyyətdə olmasındansa olmaması yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə