21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusa gedib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da, Borisov şəhər stadionunda belaruslu həmyaşıdları ilə qarşılaşacaq. Komandamızın cari seçmə mərhələdə son oyununu yunanıstanlı Stavros Tritsonis idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB