Bu gün futbol üzrə I Divizion komandaları arasında Azərbaycan çempionatının yeni mövsümünə start veriləcək
Bu gün futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının 2010-2011 mövsümünə start veriləcək. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, 14 komandanın iştirak etdiyi yarışın I turunun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
Qeyd edək ki, bu gün meydana çıxacaq "Şuşa-09" və "Sumqayıt" komandaları ölkə birinciliklərində debüt oyunlarını keçirəcək.
4 sentyabr (şənbə)
"Energetik" (Mingəçevir) – "Ədliyyə" (Bakı)
Hakimlər: Hacıəli Ağayev, Mətin Vəliyev, Vüqar Bayramov, Anar Heydərov
Hakim-inspektor: Gülağa Cabarov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
"Şuşa–09" (Şuşa) – "Anşad Petrol" (Neftçala)
Hakimlər: Elvin Əsgərov, Hüseyn İmanov, Şakir Quliyev, Elgün Hüseynov
Hakim-inspektor: Telman Əzizov
"Ədliyyə" stadionu
"Göyəzən" (Qazax) – "Rəvan" (Bakı)
Hakimlər: Fuad Həsənov, İqor Şpakovski, Elvin Ağayev, Əli Əliyev
Hakim-inspektor: Pərviz Əhmədov
Qazax şəhər stadionu
"Sumqayıt" (Sumqayıt) – MKT Araz (İmişli)
Hakimlər: Əmrah İbrahimov, Elman Kərimov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Qurban Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Oyunlar saat 17:00-da başlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB