"Qarabağ" "Qarabağ"a qalib gəlib

"Qarabağ" "Qarabağ"a qalib gəlib

"Qarabağ" hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, millinin oyunları ilə əlaqədar yaranmış fasilədə tam heyətlə çalışa bilməyən komanda əvəzedici heyətlə yoxlama oyunu keçirib. Komandanın baş məşqçisi Qurban Qurbanov start heyətində aşağıdakı futbolçulara şans verib:

Sahil Kərimov, Kamil Hüseynov, Zaur Həşimov, Ayxan Abbasov, Aslan Kərimov, Namiq Yusifov, Dövran Ayhan, Adamiya, Rəşad Kərimov, Emin İmaməliyev, İlhami Fərzəliyev.

Suraxanı qəsəbə stadionunda baş tutan görüş "böyük"lərin üstünlüyü ilə keçib. Görüş əsas komandanın futbolçuları Ayxan Abbasov, İlhami Fərzəliyev və Adamiyanın vurduğu 2 qolla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə