AFFA-nın Apellyasiya və Ekspert Komitəsi “İnter” PİK, “Qəbələ” FK və “Gəncə” PFK-nın müraciətlərinəi təmin etmədi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsi 03.09.2010-cu il tarixli iclasında Premyer Liqa klubları olan "İnter" PİK, "Qəbələ" FK və "Gəncə" PFK-nın müraciətlərinə baxıb. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumat görə, müraciətlərə əsasən, "İnter" PİK baş məşqçi Kaxaber Tsxadadzenin 5 oyunluq texniki zonadan kənarlaşdırılmasının şərti cəza ilə əvəz olunmasını, "Qəbələ" FK futbolçular Milan Antiç və Lyubo Baraninin müvafiq olaraq 6 və 3 oyunluq cəzalarının yüngülləşdirilməsini, "Gəncə " PFK isə futbolçu Rafael Əmirbəyovun cəzasının ləğv olunmasını xahiş edib. Komitə üzvləri bu müraciətləri müzakirə edib və onları təmin etməmək barədə qərar qəbul eib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB