Gənc hakimlər üçün təlim-məşq toplanışı keçirilir

Quba Olimpiya İdman Kompleksində gənc və perspektivli hakimlər üçün təlim-məşq toplanışı başlayıb. SİA-nın AFFA-nın rəsmi saytına istiadən verdiyi məlumata görə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçirilən toplanışda hakimlərin nəzərinə "Oyun qaydaları"na edilən dəyişikliklər və əlavələr haqqında məlumatlar çatdırılacaq. Gündə 3 dəfə hakimlərin fiziki hazırlığının artırılması məqsədilə məşğələlər keçiriləcək. Xarici və ölkədaxili çempionatların oyunlarını əks etdirən videoçarxlara baxılaraq müzakirələr aparılacaq, müvafiq epizodlarda baş verən qayda pozuntuları təhlil olunacaq. Sentyabrın 7-də başa çatacaq toplanışa respublikanın müxtəlif bölgələrini təmsil edən gənc hakimlər cəlb olunub:
 
Referilər
1. Məmmədov Mahir – Bakı
2. Həsənov Etibar – Bakı
3. Qasımov Elçin – Bakı
4. İsmayılov Sərxan – Gəncə
5. Nəsirov Ziya – Bakı
6. Rəhimov İsmayıl – Lənkəran
7. Əhmədov Rəşad – Mingəçevir
8. Talıbov Vurğun – Masallı
9. Aydınov Rəşad – Salyan
10. Rəcəbov Rövşən – Bakı
11. Eldarov Qorxmaz – Bakı
12. Yusif Nurullayev – Bakı
 
Referi köməkçiləri
1. Mövludov Müslüm – Bakı
2. Nəsibov Ruslan – Mingəçevir
3. Quliyev Ruslan – Mingəçevir
4. Həmzəzadə Rəvan – Şəki
5. Əsgərov Hüseyn – Sabirabad
6. Hüseynov Namiq – Bakı
7. Cəbrayılov Əli – Bakı
8. Ramazanov Rahil – Bakı
9. Əmirəli Akif – Bakı
10. Ağayev Elnur – Siyəzən
11. Teymurov Teymur – Bakı
12. İbrahimov Eyyub – Bakı
13. Abbasov Rəşad – Gəncə 

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...