Qadın güləşi yığmamızın dünya çempionatına gedəcək heyəti açıqlandı
6-12 sentyabr 2010-cu il tarixdə Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çempionatında 8-9-10 sentyabrda qadın güləşçilərin mübarizəsində ölkəmizi Patimat Baqomedova (48 kq), Marziget Baqomedova (48 kq, ehtiyat), Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Gözəl Zutova (63 kq), Nadya Sementsova (67 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) təmsil edəcək. Belarusiyada təlim-məşq toplanışında olan komandamız çempionata baş məşqçi əvəzi Maqomed Aliomarovun rəhbərliyi altında hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB