Yardımlı rayonunda Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mənsurovun xatirəsinə həsr ounmuş futbol üzrə turnir keçirilib. Bu barədə məlumatı SİA-nın cənub bürosunun Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə verib. Onun sözlərinə görə, regionda futbolun populyarlığInı artırmaq,gənclərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bu günlərdə Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Cənub RFF-nin təşkilatçılığı ilə rayonun müəssisə və təşkilatlarının qatıldığı futbol turnirində 4 qrup üzrə 16 komanda qələbə uğrunda mübarizə aparıb.
Final görüşü "Bozayran" və "Ostayir" kənd futbol komandaları arasında keçirilib. 1500-dən çox tamaşaçının izlədiyi Yardımlı şəhər stadionunda baş tutan final oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yerə rayon polis şöbəsinin komandası sahib olub.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin və Cənub Regional Futbol Federasiyasının kubokları, diplomları və qiymətli hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB