AFFA-nın baş katibi Avropa Liqasının qrup mərhələsinin oyunda UEFA nümayəndəsi olacaq
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq oyunda UEFA nümayəndəsi olacaq. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, o, bu vəzifəni "Lill" (Fransa) və "Sportinq" (Portuqaliya) klubları arasında keçiriləcək matçda yerinə yetirəcək.
Qeyd edək ki, oyun sentyabrın 16-da, Fransanın Vilnev-d`Ask şəhərindəki ""Lill Metropol" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB