Almaniyada Berti Fotqsun mətbuat konfransı təşkil olunacaq

Almaniyada Berti Fotqsun mətbuat konfransı təşkil olunacaq
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Almaniya – Azərbaycan oyunundan bir gün əvvəl - sentyabrın 6-da, yerli vaxtla saat 11:00-da, Köln şəhərindəki Holiday İnn otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Fotqsun mətbuat konfransı təşkil olunacaq. SİA-nın AFFA-nın rəsmi saytına istinadən veridyi məlumat görə, millimizin mətbuat üçün açıq məşqi isə sentyabrın 5-də, yerli vaxtla saat 17:00-da, Almaniya – Azərbaycan qarşılaşmasının keçiriləcəyi "Raynenerqiştadium"da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə