"İnter" artıq Türkiyədədir
Azərbaycan Çempionatında yaranmış fasilədən istifadə edərək "İnter" klubu təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə gəlib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Patalya" mehmanxanasında məskunlaşan komanda axşam məşqinə də çıxıb. Xatırladaq ki, təlim-məşq zamanı komanda Türkiyənin Super Liqasında oynayan klublarla iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sentyabrın 5-də "İnter" "Bucaspor"la, sentyabrın 7-də isə "Gənclərbirliyi" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə