"Neftçi" "Muğan"la oyunun hazırlığına başlayıb

İstirahəti başa vuran "Neftçi"nin futbolçuları "Muğan"la oyunun hazırlığına başlayıblar. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri dünən klubun bazasındakı meydançada məşq ediblər. Flaqmanın bugünkü hazırlığı saat 19:00-da start götürüb. Əvvəlcə bazadakı idman zalında, ardından isə meydançada davam edən məşqdə yığma komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Qeyd edək ki, "Neftçi" sabahdan etibarən hazırlığı gündə iki dəfə olmaqla davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...