Azərbaycanın 4 idmançısı beynəlxalq boks turnirində mükafata layiq görülüb
Qroznıda Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş 3-cü beynəlxalq boks turniri keçirilib. SİA-nın məlumatına görə, dünyanın 15 ölkəsindən idmançıların iştirak etdiyi turnirdə Azərbaycanı təmsil edən 5 boksçudan dördü mükafata layiq görülüb.
Yarışlarda 48 kiloqram çəki dərəcəsində Nurlan Qasımov qızıl medal qazanıb. Namiq Hüseynov (57 kq), Rahib Bəylərov (75 kq), Hafiz İskəndərov (91 kq) bürünc medala layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB