İdmançı meydançada huşunu itirdi - FOTOSLAYD

İdmançı meydançada huşunu itirdi - FOTOSLAYD

Amerikada keçirilən açıq tennis turnirində həyəcanlı anlar yaşanıb. SİA-nın məlumatına görə, Giselo Dulko və Viktoria Azarenka arasında keçirilən matçın 31-ci dəqiqəsində belaruslu Azarenka topu qarşılamağa çalışarkən yerə sərilib. Meydançaya dərhal həkimlər gəlib və idmançıya köməklik göstəriblər. Raket ustasının huşunu itirdiyi bəlli olub. Həkimlərin müdaxiləsindən sonra Azarenka xəstəxanaya aparılıb.
İdmançının huşunu itirməsinə isti hava şəraitinin səbəb olduğu bildirilir. Belə ki, həmin vaxtı havanın temperaturu 32, meydançanın temperaturu isə 42 dərəcə olub.
Xatırladaq ki, ötən ay beynəlxalq turnirdə Azarenka Maria Şarapovanı məğlub edərək qalib olmşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə