Azərbaycan – Albaniya oyununu idarə edəcək hakimlər bəlli olub

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Albaniya oyununu idarə edəcək hakimlər bəlli olub. SİA AFFA-nın rəsmi saytına istinadən həmin hakimləri nəzərinizə çatdırır:

Baş hakim: Marios Panayi
Baş hakimin köməkçiləri: Çaralambos Çaralambous, Mixael Hadjinikola
Dördüncü hakim: Aristides Kristou
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor və UEFA nümayəndəsi: Nathan Bartfeld (Makedoniya)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...