Olesya Zamula Ümumdünya döyüş sənəti oyunlarının qalibi olub

Olesya Zamula Ümumdünya döyüş sənəti oyunlarının qalibi olub
Qadın güləşi üzrə yığmamızın üzvü Olesya Zamula (63 kq) Pekində keçirilən birinci Ümumdünya döyüş sənəti oyunlarında uğurla çıxış edib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Olesya Zamula ilk olaraq qrupda İspaniya təmsilçisi İren Qarsiyaya (5:0, 8:0) və Kanadalı Steysi Anakaya (2:0, 1:1) qalib gəlib. O, yalnız polşalı Paulina Qrabovskayaya (4:4, 1:3) məğlub olub. Buna baxmayaraq idmançımız finala yüksəlib.
Finalda ABŞ nümayəndəsi Amberi Montqomeriyə (4:2, 6:0) qalib gələn Olesya Zamula qızıl medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə