Albaniya komandası bu gün Bakıya gələcək

Albaniya komandası bu gün Bakıya gələcək
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində, sentyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığması ilə qarşılaşacaq Albaniya komandası bu gün Bakıya gələcək. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytında xəbər dərc olunub. Xəbərə görə, qonaqlar saat 19:00-da Azərbaycana varid olacaqlar. Albaniya yığması ilk məşqini sentyabrın 3-də, saat 09:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, ikinci məşqini isə həmin gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə