Fransalı müdafiəçi "Bakı"nın şərəfini qoruyacaq

Fransalı müdafiəçi "Bakı"nın şərəfini qoruyacaq

"Bakı" futbol klubu yay transfer pəncərəsinin son günündə daha bir transfer reallaşdırıb. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakı" 31 yaşlı fransalı müdafiəçi Stefan Barbikonini heyətinə qatıb.

Əldə olunan anlaşmaya görə, Fransanın "Metz" klubunun müdafiəçisi icarə əsasında 1 il müddətində "Bakı"nın formasını geyinəcək. Stefan Barbikoni 22 mart 1979-cu il tarixdə Fransada anadan olub. Boyu 184 sm-dir.

Stefan Barbikoni 1999-2006-cı illər ərzində "Metz" klubunun şərəfini qoruyub. Bu illər ərzində 134 dəfə "Metz"in formasını geyən müdafiəçi 12 dəfə rəqib qapılarına yol tapıb.

Barbikoni 2006-2009-cu il mövsümlərində Türkiyənin "Manisaspor" klubunda oynayıb. Qardaş ölkədə 46 oyunda meydana çıxan Barbikoni 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə