Cənubi Koreyada azərbaycanlı tələbələrdən ibarət “BUTA” futbol komandası yaradılıb
Koreyada yaşayan müxtəlif xalqların nümayəndələrindən ibarət futbol komandaları arasında hər ilin mart və sentyabr aylarında çempionat keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatı yerli və xarici tələbə təşkilatları, digər ictimai qurumlarla əməkdaşlığı inkişaf etdirmək və çempionatda ölkəmizi təmsil etmək məqsədilə azərbaycanlı tələbələrdən ibarət "BUTA" Azərbaycan Futbol Komandasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsü yüksək dəyərləndirən Azərbaycanın Cənubi Koreyadakı Səfirliyi bu ölkədə təhsil alan tələbələrimizdən ibarət "BUTA" Azərbaycan Futbol Komandasının yaradılması və çempionatda iştirakı üçün zəruri olan bütün maddi və mənəvi dəstəyi göstərib. Komanda atrıq çempionatda iştirak etmək üçün qeydiyyatdan keçib və gənclərimiz üçün üzərində loqosu və Azərbaycan bayrağı olan formalar hazırlanıb. Komanda sentyabrın 4-dən etibarən turnirə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB