Xəbər verdiyimiz kimi, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Köln şəhərindəki "Raynenerqiştadium"da Almaniya və Azərbaycan milli komandaları qarşılaşacaq. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 6-da qeyd olunan stadionda Almaniya milli komandası mətbuat üçün açıq məşq təşkil edəcək. Qeyd edək ki, məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Məşqlər saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB