“Qarabağ” daha bir transfer reallaşdırıb

“Qarabağ” daha bir transfer reallaşdırıb

"Qarabağ" klubu yay transfer dövrünün sonunda daha bir transfer reallaşdırıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, klub türkiyəli Devran Ayhanı heyətinə qatıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm "Xəzər Lənkəran" klubunun şərəfini qoruyub. "Qarabağ"da 21 nömrəli formada çıxış edəcək D.Ayhan Ağdam təmsilçisində oynayacağına görə sevindiyini bildirib. O, azərilərin daha çox olduğu bu komandada oynamağın qürurverici olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə