Arda Turanın “Atletiko Madrid”ə transfer olunması məsələsinə nöqtə qoyuldu
"Qalatasaray" klubunun futbolçusu Arda Turanın "Atletiko Madrid"ə transfer olunması məsələsinə aydınlıq gətirilib. SİA-nın məlumatına görə, bu barədə klubun prezidenti Adnan Polat açıqlama verib. O, İstanbula gəlmiş "Atletiko Madrid" rəhbərlərinə mənfi cavab verərək Ardanı hələ öz klubunda görmək istədiyini bildirib. Klub başqanı qonaqlara "Kapitanım mənə söz verib. A.Polat onu kuboku başı üzərinə qaldırmamış heç bir kluba göndərmərəm", - deyə vurğulayıb. O, hətta "Real Madrid", "Milan" kimi klublar belə istəsə Ardanın transferinə icazə verməyəcəyini deyərək söhbətə nöqtə qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB