“İnter” klubu Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq

“İnter” klubu Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq

Futbol üzrə Azərbaycan çempionatında yaranmış fasilədən istifadə edərək "İnter" klubu Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda məşqlərini Ankara yaxınlığında yerləşən Qızılcahamam mahalında keçirəcək.

Ölkə çempionu "Patalya" otelində məskunlaşacaq. "İnter" Türkiyəyə sentyabrın 2-də yola düşəcək və sentyabrın 8-də vətənə qayıdacaq. Təlim-məşq zamanı komanda Türkiyə Super Lliqasında oynayan komandalarıyla iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sentyabrın 5-də "İnter" Bucaspor"la, sentyabrın 7-də isə "Gənclərbirliyi"lə qarşılaşacaq.

Xatırladaq ki, təlim-məşq toplanışına milli komandalara çağrılmış futbolçularımız gedə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə