"Xəzər Lənkəran"ın formasını geyinən futbolçuların sayı 112-ə çatıb - STATİSTİKA
Azərbaycan Premyer Liqasının IV turunun AZAL ilə qarşılaşması "Xəzər Lənkəran"ın qapıçısı Denis Romanovs üçün əlamətdar olub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, legioner qolkiper karyerasında ilk dəfə klubun əsas komandasında meydana çıxmaqla adını "Xəzər Lənkəran"ın tarixinə yazdırıb.
Romanovsun debütü sayəsində cənub təmsilçisinin tarixi ərzində formasını geyənlərin ümumi sayı 112-ə çatıb. O, həm də "Xəzər Lənkəran"ın 6 illik tarixində 63-cü legioner olub.
Qapıçıya qədər 62 əcnəbi bu klubun formasını geyinsə də Denisə kimi onun həmyerliləri "Xəzər Lənkəran"da çıxış etməmişdi. Bu isə o deməkdir ki, matçın gedişində Kamran Ağayevi əvəzləyən legioner klubun tarixinə ilk Latviya təmsilçisi kimi düşüb.
İndiyədək 24 ölkədən gələn futbolçulara güvənən komanda üçün Latviya "kəşf olunan" 25-ci dövlət olub: Türkiyə, Rumıniya – hərəyə 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya – hərəsi 1.
Xatırladaq ki, Premyer Liqanın ilk üç turunda daha 8 futbolçu komandada debüt etmişdi. Stelian Stanku, Dieqo Ruis və Tural Cəlilovun debütü I, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu II tura təsadüf etmişdisə, Asif Məmmədov, Adrian İordake və Uinston Parks yalnız III turda buna nail olmuşdular.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB