Rauf Məmmədov “Baku Open - 2010” beynəlxalq şahmat turnirində liderdir
"Baku Open - 2010" beynəlxalq şahmat turniri davam edir. SİA-nın məlumatına görə, 8-ci turun oyunlarından sonra Azərbaycan qrossmeysteri Rauf Məmmədov yarışın lideridir. Son turda təmsilçimiz Boris Savçenko ilə xalları yarı bölüb və aktivinə 0,5 xal daha yazdırıb. Aleksey Aleksandrov Emil Sutovski, Eltac Səfərli isə İlya Smirinlə heç-heçə edib. Rəsul İbrahimov Qata Kamskiyə, Yevgeni Miroşniçenko Asqar Qolizadeyə, Loğman Quliyev isə Fərid Abbasova məğlub olub olub.
Turnir cədvəlinə Rauf Məmmədov, Qata Kamski, Boris Savçenko, Aleksey Aleksandrov və Asqar Qolizade 6,5 xalla başçılıq edirlər
9-cu turda Boris Savçenko Qata Kamski, Asqar Qolizade Aleksey Aleksandrovla, Emil Sutovski Rauf Məmmədovla, Nicat Abasov Eltac Səfərli ilə görüşəcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 60 min ABŞ dolları təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB