“Gəncə” klubunun futbolçusu 4 oyunluq cəzalanıb

AFFA İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, bü gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan Premyer Liqasının IV turunun "Muğan" – "Gəncə" matçının sonunda "Gəncə" klubunun 14 №-li futbolçusu Rafael Əmirbəyov  aqressiv hərəkətə görə (rəqibə ayaqla zərbə)  4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur (maddə 38.3). 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun "Qarabağ" –  "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40). Oyunun 75-ci dəqiqəsində "Qarabağ" klubunun 7 №-li futbolçusu Elvin Xudadatov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun  "Qəbələ" –  MOİK matçında "Qəbələ" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə