“Qalatasaray” transfer bombalarını ardı-ardına partladır

"Qalatasaray" transfer bombalarını ardı-ardına partladır. SİA-nın türk mənbələrindən əldə etdiyi məlumata görə, "Volsburq"la anlaşaraq Misimoviçi heyətinə qatan sarı-qırmızılar "Liverpul"un futbolçusu, argentinalı Emiliano İnsuanı dünən gecə səhərə yaxın Türkiyəyə gətiriblər.
Cim-bom Misimoviçə ilkin olaraq 7 milyon avro ödəyəcək. "Qalatasaray" 21 yaşlı Emiliano İnsuana ilə isə bu gün rəsmi müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə