"Simurq" sentyabrın 1-də bir araya gələcək

"Turan"la Azərbaycan Premyer Liqasının 4-cü turunun oyunundan sonra baş məşqçi Cokiça Haciyevski "Simurq"a istirahət verib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığmasına qarşı oyunu ilə əlaqədar yaranan fasilədən istifadə edən baş məşqçi futbolçuları 3 günlük evə buraxıb. Komanda sentyabrın 1-də "Şəfa" stadionunda bir araya gələcək və AZAL-la oyunun hazırlıqlarına start verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...