"Milan" baş məşqçisi Vinçenço Montello ilə yeni müqavilə imzalamağa hazırlaşır. SİA-nın məlumatına görə, İtaliya mətbuatında bildirilir ki, bununla bağlı bu səhər 42 yaşlı mütəxəssis klub rəhbərliyi ilə görüşüb və tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə V.Montellonun yeni müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, "Milan" cari mövsüm A Seriyasını 6-cı pillədə tamamlayaraq Avroliqaya vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB