FIFA-nın müvafiq komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb və məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib. SİA-nın məlumatına görə, AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.
Beləliklə, Riçard Almeydanın Azərbaycan millisinin heyətində rəsmi oyunlara çıxması üçün heç bir hüquqi əngəl qalmayıb. "Qarabağ"ın braziliyalı oyunçusunun iyunun 10-da Şimali İrlandiyaya qarşı DÇ-2018-in seçmə matçında iştirak edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB