Bülent Özerdim: “Bu il Azərbaycan Qran Prisində 30 min tamaşaçı gözləyirik” AÇIQLAMA
"Bu il Formula 1 üzrə Azərbaycan Qran Prisinin biletləri ötən ilə nisbətən daha sürətlə satılır. Bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 fərqli ölkədən bilet alınıb. Artıq bəzi tribunalara olan biletlər satılıb qurtarıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim deyib.
O qeyd edib ki, bilet alan ölkələr arasında ilk beşlikdə Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb: "Bilet alan ölkələrin sayı da keçən ilin göstəricisinə nisbətən çoxdur. Hədəfimiz odur ki, belə ölkələrin sayını ötən illə nisbətdə iki qat artıraq. Gələn ay ərzində bu hədəfə çatmağı planlaşdırırıq".
B.Özerdim bu il Azərbaycan Qran Prisində 30 min tamaşaçı gözlədiklərini vurğulayıb: "Keçən ilə nəzərən bu il izləyicilərin sayı daha çox olacaq. Yarışa 4 həftə qalmış Filarmoniya bağı tərəfdə olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarının biletləri də çox az qalıb. Bu il iki yeni ayaqüstü zonalar da əlavə edilib. Bunlar Sahil və Sabir bağlarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB