Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq komandaların Bakıya gəlmə vaxtları açıqlanıb. SİA-nın məlumatına görə, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər: "İyunun 21-də artıq Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq. İyunun 23-dən etibarən pilotların əsas praktikası başlayacaq. Daha sonra yarışlara start veriləcək".
Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB