"Barselona"nın yeni baş məşqçisi müəyyənləşib

"Barselona"nın yeni baş məşqçisi müəyyənləşib

"Barselona"nın yeni baş məşqçisinin adı açıqlanıb. SİA-nın məlumatına görə, Luis Enrikenin klubdan ayrılmasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Ernesto Valverde təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E.Valverde cari mövsüm "Atletik"i (Bilbao) çalışdırıb.

Əlavə edək ki, E.Valverde futbolçu karyerası ərzində 1988-1990-cı illərdə Kataloniya klubunun şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə