Rəşad Sadiqov “Zirə”də!

"Qəbələ" ilə yolları ayrılan Rəşad Sadiqovun karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Belə ki, 34 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçib. Məlumatı paytaxt klubunun feysbuk səhifəsi yayıb. Sadiqovla 1 illik müqavilə imzalanıb. Karyerası ərzində "Şəfa", "Qarabağ", "Neftçi", MOİK, "Xəzər Lənkəran" və "Qəbələ" klublarının formasını geyinmiş Rəşad milli komandamızda da çıxış edib.

Qeyd edək ki, Rəşad Sadiqov 23 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə