Elitanın debütantı olan "Səbail" transfer fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, bakılıların çalışdırıcısı Samir Əliyev vaxtilə birgə işldədiyi oyunçuları komandaya gətirir. Klub bu dəfə Emin Mehtiyevi heyətinə cəlb edib.
E.Mehtiyev ötən mövsümü "Zaqatala"nın heyətində keçirib. Müdafiəçi "Neftçi" və "Sumqayıt" klublarında da çıxış edib.
Qeyd edək ki, "Səbail" buna qədər Aqil Məmmədov, Kamal Qurbanov, Murad Ağayev kimi futbolçuları heyətinə qatıb. "Neftçi"nin digər futbolçuları - Təyyar Məmmədov, Eltun Yaqublu və Orxan Qurbanlı da növbəti mövsümü "Səbail"də keçirək. Premyer Liqanın debütantı "Neftçi"dən Elvin Bədəlov, Mirabdulla Abbasov və Fəhmin Muradbəylini də heyətinə qatmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB