“Fənərbaxça” “Trabzonspor”la bacarmadı

“Fənərbaxça” “Trabzonspor”la bacarmadı

Futbol üzrə Türkiyə Super Liqasında XXXIII turun növbəti qarşılaşmaları keçirilib. "Beşiktaş"la çempionluq uğrunda mübarizəni davam etdirən "Başakşəhər" aşağı liqaya düşməsi dəqiqləşən "Adanaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Üçüncülük uğrunda yarışan "Fənərbaxça" da dünən öz meydanında "Trabzonspor"u sınağa çəkib. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə