"Real"ın hücumçusu Kriştianu Ronaldo İspaniya hökumətinə olan 6 milyon avroluq borcunu ödəyib. "Marca" nəşrinin məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı superulduz bununla canını qurtarmaya bilər.
İspaniyanın Vergi Xidməti onun 2011-2014-cü illər ərzində Vircin adalarındakı "ofşor" hesablarından istifadə etdiyini, nəticədə dövlət büdcəsinə 8 milyon avro ödəmədiyini bildirib.32 yaşlı futbolçunun bu üzdən həbsi tələb edilirdi.
Portuqaliya millisinin kapitanı 6 milyon avroluq borcunu ödəsə də, məbləğ daha da arta bilər. Belə ki, cinayət işi təsdiqlənərsə, onun 16 milyon avroya qədər cərimələnməsi istisna deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB