Balotelli: "Qızıl top"u qazanmaq üçün Messi və Ronaldonu öldürməliyəm"

Balotelli: "Qızıl top"u qazanmaq üçün Messi və Ronaldonu öldürməliyəm"

"Nitsa"nın futbolçusu Mario Balotelli maraqlı açıqlama verib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu jurnalistin ona "Qızıl top"u qazanmağa nə qədər yaxın olmağı ilə bağlı verdiyi sualı belə cavablandırıb: "Qızıl top"u qazanmaq şansımın olmağı üçün Messi və Ronaldonu öldürməliyəm".

M.Balotelli karyerası ərzində etdiklərinin "Qızıl top"u almağa yetərli olmadığını bildirib. O, futbola qısa müddət fasilə verəcəyini də vurğulayıb: "İki həftə istirahət edəcəm. Çempionlar Liqasının finalını belə izləməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə