Xorxe Sampaoli Argentina millisinin yeni baş məşqçisi oldu

Xorxe Sampaoli Argentina millisinin yeni baş məşqçisi oldu

"Sevilya"nın çalışdırıcısı Xorxe Sampaoli Argentina millisinin yeni baş məşqçisi təyin olunub. İspaniya klubunun rəsmi saytı vasitəsi ilə yaydığı məlumatda 57 yaşlı mütəxəssisin "Sevilya"dan ayrılacağı və iyunun 1-dən Argentina millisində işləyəcəyi bildirilib. Qeyd edək ki, X.Sampaoli bu vəzifədə istefaya göndərilən Edqardo Bauzanı əvəzləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə