"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət edilib

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət edilib

Futbol üzrə Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Vladimir Vayss 25 futbolçuya dəvət göndərib. Onların arasında "Neftçi"nin müdafiəçisi Georgi Navalovskinin də adı var. Ümumilikdə dəvətlilərdən yalnız 3-ü Gürcüstan klublarında çıxış edir.

Qeyd edək ki, Gürcüstan millisi iyunun 7-də Tbilisidə Sent-Kitts və Nevis yığması ilə yoldaşlıq görüşü keçirəcək. Komanda iyunun 11-də DÇ-2018-in seçmə mərhələsində səfərdə Moldova yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə