"Sumqayıt" klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. SİA-nın məlumatına görə, sol cinah müdafiəçisi Azər Salahlı ilə 1 illik anlaşma əldə olunub. 23 yaşlı futbolçu yenə 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub. O, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB