Millimiz Almaniya yığması ilə üz-üzə gələcək

Millimiz Almaniya yığması ilə üz-üzə gələcək

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gələcəklər.

Oyunu xorvatiyalı baş hakim Milan Raykoviç idarə edəcək. İkinci hakim funksiyasını rumıniyalı Alin Mateizer yerinə yetirəcək.

Xatırladaq ki, millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə