Politoloq: “Bakı-2017” İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirdi” AÇIQLAMA
"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyaya İslamın sülh, əminanlıq dini olduğunu göstərdi. Azərbaycan "Bakı-2017"ni yüksək səviyyədə təşkil etməklə bir daha böyük miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu sübut etdi". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, "Bakı-2017" İslam ölkələri arasında həmrəyliyi daha da gücləndirib. Politoloq IV İslam Həmrəyliyi Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda apardığı mübarizənin də açıqlığı ilə insanlara çatdırıldığını vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet istiqamətdir. IV İslam Həmrəyliyi Oyunlarında 54 dövləti təmsil edən hər bir iştirakçı, idmançı və digər heyətlər Azərbaycan həqiqətlərini öz gözləri ilə gördülər və hiss etdilər. Bu, çox mühüm və təqdirəlayiq məsələdir. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı ən çox dəstəkləyən də, məhz İslam dövlətləridir. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi dövlətlər hətta Ermənistanla diplomatik əlaqələrə də malik deyillər".
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixində Bakıda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB